featured-image-31470

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov Bolqarıstanın “Arda” klubunda tibbi müayinədən keçib.

Msport.az xəbər verir ki, 20 yaşlı müdafiəçi bu barədə instaqram hesabında paylaşım edib.

Hüseynovun Bolqarıstan təmsilçisi ilə üç illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, 2020-ci ildən “Zirə”nin əsas komandasında yer alan futbolçu ötən mövsüm icarə əsasında “Şamaxı”nın formasını geyinib.

media-6a8c5ac9-28cb-47af-8ab4-16c5d93b535a

Bənzər xəbərlər