“Çelsi”dən Səudiyyə Ərəbistanına gedən 4-cü futbolçu
Kalidu Kulibali “Çelsi”dən “Əl Hilal” klubuna keçir. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı klubu London təmsilçisi ilə şifahi razlıq əldə edib. Futbolçu ilə müqavilənin şərtləri dəqiqləşdirilib. Anlaşma 3 illik olacaq.
Seneqallı müdafiəçi ilinə 30 milyon avro alacaq.
Qeyd edək ki, “Əl Hilal” “Vulverhempton”dan Ruben Neveşin də keçidini həll edib.
Kulibali “Çelsi”dən Səudiyyə Ərəbistanına gedən 4-cü oyunçudur. Ona qədər Kante “Əl-İttihad”a, Zieş “Əl Nəsr”ə, Eduar Mendi isə “Əl Hilal”a transfer olunub.
“Zadəganlar” 32 yaşlı mərkəz müdafiəçisini ötən yay “Napoli”dən 38+2 milyon avroya almışdılar.