featured-image-74143

“Çelsi” Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi son oyunda yüksək statistik göstəricilərlə diqqət çəkib.

Msport.az xəbər verir ki, “Pafos”la dünən baş tutan qarşılaşmada “zadəganlar” ötürmələrin dəqiqliyi baxımından 94,5 faiz nəticə göstəriblər.

Bu göstərici 2003/2004 mövsümündən etibarən Çempionlar Liqasında bir oyunda qeydə alınmış ən yüksək ötürmə dəqiqliyi kimi tarixə düşüb. Bundan əlavə, “Çelsi” qrup mərhələsində ev oyunlarında uğurlu seriyanı davam etdirir. London təmsilçisi Çempionlar Liqasının qrup mərhələsində son 15 ev matçında məğlub olmayıb.

Qeyd edək ki, “Zadəganlar” “Stemford Bric” stadionunda keçirdikləri son altı oyunun hamısında qalib gəliblər. Bu görüşlərdə “Çelsi”nin top fərqi 15:2 olub.

Bənzər xəbərlər