“Çelsi” hücumçusunu icarəyə verdi
“Bayer Leverkuzen” “Çelsi”nin hücumçusu Kallum-Hadson Odoinin transferini açıqlayıb.
Msport.az Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, forvard 1 illik icarəyə götürülüb.
“Çelsi”nin yetirməsi olan futbolçu bütün karyerasını “zadəganlar”ın heyətində keçirib. Hadson Odoi bu mövsüm İngiltərə Premyer Liqasının oyunlarında meydana çıxmayıb.
21 yaşlı hücumçunun “Çelsi” ilə müqaviləsi 2 ildən sonra başa çatır.