featured-image-36783

Minifutbol üzrə “Birbaşa Bakı” komandası Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında ikinci oyununa çıxıb.

Msport.az xəbər verir ki, rəqib Moldovanın “Volta” komandasl olub.

Oyun Azərbaycan təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda ötən gün Yunanıstan çempionu “Maqufana”ya qalib gəlib – 3:1.

Xallarının sayını 6-ya çatdıran “Birbaşa Bakı” 1/8 finala vəsiqəni təmin edib.

Üçüncü görüşdəki rəqib Albaniyanın “Prestij” komandası olacaq. Oyun saat 20:00-da başlayacaq.

Bənzər xəbərlər