featured-image-67497

Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Msport.az xəbər verir ki, tədbirdə “Qarabağ”ın da potensial rəqibi bəlli olacaq.

İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Çempionlar yolunda püşkatmaya II təsnifat mərhələsinin cütləri qatılacaq.

Tədbirdən əvvəl UEFA iştirakçıları qruplara bölüb. Səpələnmişlər səbətində yer alan “Şelburn” (İrlandiya) – “Qarabağ” cütü II qrupda qərarlaşıb. Bu cütün mümkün rəqibləri II təsnifat mərhələsinin 3 cütüdür.

 

II qrup (səpələnməmişlər)

“Riyeka” (Xorvatiya) – “Lüdoqorets” (Bolqarıstan)

“Hamrun Spartans” (Malta) – “Dinamo” (Kiyev, Ukrayna)

“Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya)

 

Qeyd edək ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunları iyulun 22-23-də və 29-30-da, III təsnifat mərhələsinin görüşləri isə avqustun 5-6-da və 12-də baş tutacaq.

Bənzər xəbərlər