featured-image-30294
“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki potensial rəqibləri artıb. Msport.az xəbər verir ki, daha 4 potensial rəqib məlum olub.
Püşkatma zamanı güclülərin səbətində yer alacaq Azərbaycan çempionunun potensial rəqibləri sırasına “Linkoln” (Cəbəllütariq), “Aris” (Limassol, Kipr), “Farul” (Rumıniya) və “Ballkani” (Kosovo) də qoşulub.
Bununla da mümkün rəqiblərin sayı 13-ə çatıb. İndi “Qarabağ”la qarşılaşma ehtimalı olanlardan yalnız Albaniya çempionu və ilkin mərhələnin qalibi bilinmir.
Qeyd edək ki, I təsnifat mərhələsinin püşkü iyunun 20-də atılacaq. Raundun oyunları 11-12 iyul və 18-19 iyul tarixlərində keçiriləcək.
UEFA Çempionlar Liqası
İlkin mərhələ
Səpələnmişlər: “Breydablik” (İslandiya), Monteneqro çempionu
Səpələnməmişlər: “Tre Penne” (San-Marino), “Atletik Ekaldes” (Andorra)
I təsnifat mərhələsi
Səpələnmişlər: “Ferentsvaroş” (Macarıstan), “Qarabağ” (Azərbaycan), “Slovan” (Slovakiya), “Şerif” (Moldova), BATE (Belarus), “Astana” (Qazaxıstan), “Makkabi” (Hayfa, İsrail), “Jalgiris” (Litva), HIK (Finlandiya), “Flora” (Estoniya), “Şemrok Rovers” (İrlandiya), TNS (Uels), “Olimpiya” (Sloveniya), “Zrinski” (Bosniya və Herseqovina)
Səpələnməmişlər: “Linkoln” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), “Dinamo” (Tbilisi, Gürcüstan), “Rakuv” (Polşa), “Aris” (Limassol, Kipr), “Haken” (İsveç), “Farul” (Rumıniya), “Valmieras” (Latviya), “Ballkani” (Kosovo), “Larne” (Şimali İrlandiya), “Hamrun” (Malta), “Hesperange” (Lüksemburq), “Struqa” (Şimali Makedoniya)

Bənzər xəbərlər