featured-image-20749

Çexiyanın “Teplitse” klubunun baş məşqçisi Jiri Yaroşik “Qəbələ” ilə Türkiyədə keçirilən yoxlama görüşü barədə danışıb.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis 2:1 hesabı ilə qalib gəldikləri görüşdə oyunçularının performansından razı qaldığını deyib:

“Yaxşı səviyyədə olan meydanda güclü rəqiblə qarşılaşdıq. Qələbəni yüksək qiymətləndirirəm. Matçın əvvəllərində buraxdığımız axmaq qolu nəzərə almasaq, qələbəyə layiq idik. “Qəbələ” ilə oyunda qələbə layiq çıxış etdik”.

Qeyd edək ki, bu gün Azərbaycana qayıdacaq “Qəbələ” Antalya toplanışında 3 yoxlama görüşü keçirib. Elmar Baxşıyevin yetirmələri ilk iki matçında “Sepsi” (Rumıniya – 2:2) ilə bərabərə qalıb, “Lukenvalde”yə (Almaniya – 3:2) qalib gəlib.

Bənzər xəbərlər