featured-image-25340

Azərbaycan Premyer Liqasının 27-ci turunun “Sumqayıt” – “Qarabağ” oyununda (0:6) qonaqların 6-cı qolunun müəllifi dəyişdirilib.

Msport.az xəbər verir ki, dünən Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı qolu Redon Cicanın aktivinə yazmışdı. Düzdür, CBC Sport-da yayım zamanı son anda topun Səbuhi Abdullazadəyə dəydiyi görünürdü. Lakin PFL belə yazdığından əksər saytlar da bunu Cicanın Azərbaycan Premyer Liqasındakı ilk qolu kimi qeyd etmişdilər.

PFL artıq səhvi aradan qaldırılıb və Ağdam klubunun 6-cı qolu avtoqol kimi göstərilib. Beləliklə, protokolda Cicanın qolu ləğv olunub və Səbuhi Abdullazadənin topu öz qapısına göndərdiyi yazılıb.

AYXAN 

Bənzər xəbərlər