Çiro İmmobilenin yeni klubu açıqlandı
İtaliya millisinin sabiq üzvü Çiro İmmobilenin yeni klubu bəlli olub.
Msport.az xəbər verir ki, “Paris” 35 yaşlı hücumçunun transferini açıqlayıb.
Fransanın Liqa 1 təmsilçisinin yaydığı məlumatda futbolçu ilə 2026/27 mövsümünün sonuna qədər müqavilə imzalandığı bildirilib. İmmobile Fransada 36 nömrəli formanı geyinəcək. İtaliyalı gücumçunun son klubu “Bolonya” olub və orada cəmi 9 oyun keçirib.
Qeyd edək ki, İmmobile “Yuventus”, “Beşiktaş”, “Cenoa”, “Torino”, “Borussiya”, “Sevilya”, “Siena”, “Sorrento”, “Qrosseto”, “Bolonya” və “Latsio” klubunda oynayıb. O, həmçinin İtaliya millisində 57 oyun keçirib (17 qol və 8 məhsuldar ötürmə) və 2021-ci il Avropa çempionu olub.







