featured-image-24659

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçirilib.

Msport.az xəbər verir ki, bununla 1/4 finalın növbəti iştirakçıları bəlli olub.

Gecənin ən maraq doğuran matçı Almaniyada baş tutub. Fransadakı ilk görüşdə PSJ-yə 1:0 hesabı ilə qalib gələn “Bayern” bu dəfə rəqibini Münhendə sınağa çəkib. Evdə daha inamlı hesabla qalib gələn Almaniya nəhəngi PSJ-ni mübarizədən kənarlaşdırıb.

Digər görüş isə İtaliyanın “Milan” və İngiltərənin “Tottenhem” komandaları arasında baş tutub. Milandakı ilk qarşılaşmada İtaliya təmsilçisi minimal hesablı qələbə qazanmışdı. Cavab görüşündə qapılara qol vurulmadığından, İtaliya təmsilçisi növbəti mərhələyə yüksələn tərəf olub.

Daha əvvəl Portuqaliyanın “Benfika” və İngiltərənin “Çelsi” komandaları 1/4 finala vəsiqə qazanıblar.

UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları

8 mart

“Bayern” (Almaniya) – PSJ (Fransa) 2:0
Qol:
E.Şupo-Motinq, 61. S.Qnabri, 89.
Baş hakim: Daniele Orsato (İtaliya).
“Münhen Futbol Arenası”.
İlk oyun – 1:0.

“Tottenhem” (İngiltərə) – “Milan” (İtaliya) 0:0
Baş hakim: Klemen Türpin (Fransa).
London, “Tottenhem Hotspur” stadionu.
İlk oyun – 0:1.

Bənzər xəbərlər