featured-image-21310

“Çempionlar Liqasında oynamaq istəyirdim, ona görə də icarə əsasında “Olimpiakos”dan “Qarabağ”a keçdim”.

Msport.az-ın məlumatına görə, bunu “Qarabağ”ın sabiq futbolçusu Tarik Elyunussi Ağdam təmsilçisinə transferi ilə bağlı “eurosport.no” saytına müsahibəsində deyib.

Norveçli hücumçu bildirib ki, ayağından aldığı ağır zədə ona Azərbaycan klubunda öz oyununu göstərməyə imkan verməyib: “Açığı, bu qədər ciddi olacağını düşünmürdüm. “Qarabağ”da cəmi 7 oyun keçirməyim hər şeyi ifadə edir. Ayaq biləyim çox pis zədələnmişdi. Halbuki zədə almamaq üçün əlimdən gələni etdim, amma alınmadı”.

Qeyd edək ki, 2017/2018 mövsümündə “Qarabağ”ın formasını geyinən Tarik Elyunussi hazırda Yaponiyanın “Syonan Balmare” komandasında çıxış edir.

Bənzər xəbərlər