featured-image-74734

“Əl-Nəsr”in futbolçusu, icarə əsasında “Fənərbağça”da çıxış edən Con Duran Türkiyədən ayrılıb.

Msport.az  xəbər verir ki, kolumbiyalı hücumçu “Zenit”lə anlaşıb.

O, Sankt-Peterburq təmsilçisi ilə icarə müqaviləsi imzalayacaq. 22 yaşlı futbolçunun “Əl-Nəsr”lə müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir.

Kolumbiyalı bu mövsüm “Fənərbağça”nın heyətində 21 matçda 5 qol vurub, 3 məhsuldar ötürmə edib. Duran “Enviqado” və “Çikaqo” klublarında da oynayıb.

Bənzər xəbərlər