Coşqun Diniyev atasının komandasına keçdi
Son olaraq “Zirə”də çıxış edən Coşqun Diniyevin yeni komandası bəlli olub.
Msport.az xəbər verir ki, o, yeni mövsümü “Səbail”də keçirəcək. Bu barədə “dənizçilər”in rəsmi səhifəsi məumat yayıb. O, “Səbail”də də 7 nömrəli formanı geyinəcək.
Müqavilənin detalları barədə informasiya verilməyib.
Qeyd edək ki, “Səbail”in baş məşqçisi Coşqunun atası Şahin Diniyevdir.







