featured-image-82999

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov Çexiya yığmasına qarşı keçirilən oyundan (1:1) sonra fikirlərini bildirib:

Msport az xəbər verir ki, o, AFFA-nın rəsmi saytına açıqlama verib:

“Çox ağır oyun keçirdik. İntensivlik baxımından tam 90 dəqiqə üçün hazır olmasaq da, oyunçularımıza xarakter göstərdiklərinə görə təşəkkür edirəm. Sonadək mübarizə apardılar. İndi bizim üçün vacib məqam düzgün bərpa olunmaq və növbəti oyuna hazır olmaqdır”.

Bənzər xəbərlər