featured-image-82962

“Sabah”ın hücumçusu Coy Lens Mikels son günə qədər Almaniya millisinə çağırılmaq ümidini itirməyib.

Msport.az xəbər verir ki, 32 yaşlı hücumçu Almaniya mətbuatına açıqlamasında son ana qədər Yurgen Kloppdan dəvət gözlədiyini gizlətməyib.

Lakin Mikels bunun artıq mümkün olmayacağını etiraf edib: “Dəfələrlə FIFA-nın reqlamentini oxumuşam. Hələ də Almaniya millisində oynaya bilərdim. Ruanda millisinin heyətində hələ heç bir rəsmi oyunda iştirak etməmişəm. Buna görə də Klopp həqiqətən məni istəsəydi, milliyə dəvət edə bilərdi. Amma sentyabrın 25-dən sonra bu, artıq rəsmən mümkün olmayacaq. Çünki artıq Ruanda yığmasının heyətində rəsmi oyunda meydana çıxacağam”.

Mikels UEFA Çempionlar Liqasının I turunda “Mançester Yunayted”lə səfər oyununda qol vurmaq şansı olduğunu deyib. O, uşaqlıqdan azarkeşi olduğu “qırmızı şeytanlar”ın qapısına yol tapa bilmədiyi üçün üzüldüyünü bildirib: “Bu fürsətdən istifadə edə bilmədiyim üçün çox məyus oldum. “Old Trafford” uşaqlıq kumirim Kriştianu Ronaldonun çıxış etdiyi stadiondur. Bundan başqa, Ueyn Runi kimi futbol əfsanələri də burada oynayıb. Ona görə də orada qol vurmaq mənim üçün daha da möhtəşəm olardı. Amma Mançesterdə oynamaq özü çox böyük şərəfdir”.

Qeyd edək ki, Ruanda yığması bu gün Afrika Millətlər Kubokunun seçmə mərhələsində Kiqalidə Liberiyanı qəbul edəcək. Mikels Almaniya vətəndaşı olsa da, tarixi vətəninin komandasının şərəfini qoruyacaq.

Bənzər xəbərlər