Cüdoçumuz xəstələndiyi üçün yarışda iştirak etməyəcək
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən Masters turnirində iştirak etməyəcək.
Msport.az xəbər verir ki, 100 kq çəki dərəcəsində yarışan idmançı xəstələndiyinə, yüksək hərarəti və öskürəyi olduğuna görə baş həkimin təqdimatı ilə yığmanın heyətindən çıxarılıb.
Kotsoyevin müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.