featured-image-30722

Futbol üzrə İsveçrə çempionatında mövsümün sonuncu – 36-cı turunun oyunları keçirilib.

Msport.az xəbər verir ki, millimizin üzvü Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” növbəti matçına çıxıb.

Sürix klubu səfərdə “Bazel”in qonağı olub. Dadaşovun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
56-cı dəqiqədə meydana daxil olan Renat komandasının 90+2-ci dəqiqədə vurduğu təsəlli qolunun məhsuldar ötürməsini verib.

“Qrasshopper” mövsümü 44 xalla 10 kollektiv arasında 7-ci pillədə başa vurub. Dadaşov isə meydana çıxdığı 34 oyunda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. 36 oyuna 74 xal toplamış “Yanq Boyz” İsveçrə çempionu olub. “Servett” (58) gümüş, “Luqano” (57) isə bürünc medal qazanıb.

Bənzər xəbərlər