Dadaşovun qolu "Qrasshopper"i məğlubiyyətdən xilas etmədi
Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi İsveçrə “Qrasshopper”i yoxlama oyunu keçirib.
Msport.az xəbər verir ki, Sürix təmsilçisi “Lozanna Uşi” komandası ilə qarşılaşıb.
Görüş aşağı liqa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“Qrasshopper”in yeganə qolunu 78-ci dəqiədə Dadaşov vurub.







