featured-image-33237

Daha bir futbolçu Avropa ilə vidalaşıb karyerasını Asiyada davam etdirəcək. Msport.az xəbər verir ki, Rodriqo Moreno Maçado “Lids”dən Qətərin “Əl Rayan” klubuna keçir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, tərəflər artıq bütün məsələlərdə razılığa gəliblər və 32 yaşlı futbolçu yeni komandasında tibbi müayinədən keçəcək.

Braziliyalı hücumçunun transferi bu gün açıqlanacaq.

Rodriqo 2020-cii ildən “Lids”in formasını geyinirdi. Buna qədər o, “Valensiya”, “Bolton” və “Benfika” klublarında da çıxış edib.

O, braziliyalı olsa da, İspaniyadan gələn təklifi müsbət cavablandırıb və bu ölkənin milli komandasında 28 oyuna 8 qol vurub.

Rodriqo ötən mövsüm İngiltərə Premyer Liqasında 31 oyunda 13 dəfə fərqlənib.

ANAR

 

Bənzər xəbərlər