featured-image-51273

Azərbaycanın daha bir idmançısı “Paris-2024” Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Milli Paralimpiya Komitəsindən Msport.az saytına verilən məlumata görə, pauerliftinq üzrə milli komandanın üzvü Ceyhun Mahmudov (54 kiloqram) nüfuzlu yarışda iştirak edəcək.

MPK tərəfindən göndərilən sorğu əsasında 2023-cü ildə Dünya Kubokunun qalibi olmuş idmançıya Beynəlxalq Paralimpiya Komitəsindən Paralimpiadada iştirak hüququ (“bipartite”) verilib.

Bənzər xəbərlər