Daha bir ulduz sima Səudiyyə Ərəbistanı çempionatında - FOTO
“Liverpul”un əfsanəsi Stiven Cerrard Səudiyyə Ərəbistanının “Əl – İttifaq” klubunun sükanı arxasına keçib. Msport.az xəbər verir ki, ingiltərəli mütəxəssis məşqçi karyerasında “Aston Villa” və “Reyncers” komandalarını çalışdırıb.
Cerardla “Olimpiakos” və “Trabzonspor”un da maraqlandığı barədə xəbərlər gəzirdi.
Ötən ilin oktyabırında “Aston Villa”dan ayrılan məşqçi o vaxtdan işsiz idi.
“Əl İttifaq” ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatında 7-ci yeri tutub.
ANAR