featured-image-48444

Şotlandiya millisinin bu il Almaniyada keçiriləcək Avropa çempionatı üçün ilkin heyəti açıqlanıb.

Msport.az xəbər verir ki, baş məşqçi Stiven Klark siyahıya 28 oyunçunun adını daxil edib.

Bu futbolçulardan 26-nın adı Avropa çempionatının iştirak ərizəsinə salınacaq.

Qapıçılar: Anqus Qann (“Norviç”), Zender Klark, Kreyq Qordon (hər ikisi “Harts”), Liem Kelli (“Mazeruell”)

Müdafiəçilər: Endro Robertson (“Liverpul”), Kiran Tirni (“Real Sosyedad”), Cek Hendri (“Əl-İttifaq”), Rayan Porteus (“Uoltford”), Liem Kuper (“Lids”), Skott Makkenna (“Kopenhagen”), Qrant Henli (“Norviç”), Qret Teylor, Entoni Ralston (hər ikisi “Seltik”), Con Suttar (“Reyncers”), Ross Makkori (“Bristol Siti”)

Yarımmüdafiəçilər: Kallum Makqreqor (“Seltik”), Rayan Kristi (“Bormunt”), Billi Qilmor (“Brayton), Con Makqinn (“Aston Villa”), Kenni Maklin (“Norviç”), Skott Maktominey (“Mançester Yunayted”), Styuart Armstornq (“Sauthempton”), Rayan Cek (“Reyncers”).

Hücumçular: Lindon Dayks (“Kuinz Park Reyncers”), Çe Adams (“Sauthempton”), Lourens Şenklend (“Harts”), Ben Douk (“Liverpul”), Ceyms Forrest (“Seltik).

Qeyd edək ki, Şotlandiya yığması 14 iyun – 14 iyul aralığından baş tutacaq AVRO-2024-ün A qrupunda Almaniya, İsveçrə və Macarıstan milliləri ilə üz-üzə gələcək.

Bənzər xəbərlər