featured-image-18262

Portuqaliyanın “A Bola” qəzeti maraqlı sorğu keçirib.

Msport.az xəbər verir ki, nəşr oxucularına “Kriştianu Ronaldu İsveçrəyə qarşı 1\8 final oyununda start heyətində meydana çıxmalıdırmı” sualını ünvanlayıb. Cavablar Ronaldu sevərləri şoka salacaq. Belə ki, respondetlərin 70 faizi istəyir ki, superulduz ehtiyatda qalsın. Yalnız sorğuya qatılanların 30 faizi kapitanı ilk dəqiqələrdən meydanda görməyi arzulayır.

Ronaldu Qana ilə oyunda (3:2) şübhəli penalti zərbəsini qola çevirib. Uruqvayla görüşdə isə Bruno Fernandeşin vurduğu qolu onun aktivinə yazılmasını tələb edirdi.

Qrupdakı son oyun kapitan üçün uğursuz oldu. Məhz onun səhvindən sonra Cənubi Koreya qol vuraraq Portuqaliya üzərində qələbə qazandı.

Bənzər xəbərlər