DÇ-2022: Braziliya və Portuqaliya da 1/8 finala vəsiqəni təmin etdi
Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün ikinci tura yekun vurulub. Msport.az xəbər verir ki, G və H qruplarında ümumilikdə 4 oyun keçirilib.
Günün ilk matçı G qrupunda Kamerun və Serbiya yığmaları arasında olub. Altı qolluq qarşılaşmada qalib müəyyənləşməyib. Bu qrupun digər görüşündə isə Braziliya İsveçrəni sınağa çəkib. Cənubi amerikalılar bu oyunda tək qolla 3 xal qazanıblar. Nəticədə Fransa yığmasının ardından Braziliya millisi də 1/8 finala erkən vəsiqə qazanıb.
H qrupunda əvvəlcə Cənubi Koreya və Qana yığmaları üz-üzə gəlib. Beş qolluq bu qarşılaşmada Afrika təmsilçisi qələbə qazanan tərəf olub. Portuqaliya isə Uruqvayla münasibətlərinə aydınlıq gətirib. Avropa təmsilçisi bu görüşdə 2 cavabsız qolla üstün olub. Nəticədə Portuqaliya yığması da adını 1/8 finala yüksələn komandaların sırasına yazdırıb.
DÇ-2022
28 noyabr
G qrupu
Kamerun – Serbiya 3:3
Qol: Şarles Kastelleto, 29. Vensan Abubakar, 63. Erik Şupo-Motinq, 66 – Strahinya Pavloviç, 45+1. Sergey Milinkoviç-Saviç, 45+3. Akeksandr Mitroviç, 53.
Baş hakim: Məhəmməd Abdulla Hassan (BƏƏ).
“Əl-Cənub” stadionu.
Kamerun: 16. Devis Epassi, 19. Kollins Fai, 21. Şarles Kastellito, 3. Nikolas Nkulu, 25. Nuhu Tolo, 15. Pyer Malonq Kunde, 8. Zambo Angiza, 18. Martin Honqla, 20. Brayan Mbeumo, 13. Erik Şupo-Motinq (k), 12. Toko Ekambi.
Serbiya: 23. Vanya Milinkoviç-Saviç, 2. Strahinya Pavloviç, 5. Miloş Velikoviç, 4. Nikola Milenkoviç, 17. Filip Kostiç, 6. Nemanya Maksimoviç, 16. Saşa Lukiç, 14. Andria Jivkoviç, 20. Sergey Milinkoviç-Saviç, 9. Aleksandr Mitroviç, 10. Duşan Tadiç (k).
Braziliya – İsveçrə 1:0
Qol: Kazemiro, 83.
Baş hakim: İvan Barton (Salvador).
“974” stadionu
Braziliya: Alisson Bekker (k), Eder Militao, Tyaqo Silva, Markinyos, Kazemiro, Aleks Sandro, Fred, Lukas Paketa, Rişarlison, Rafinya, Vinisius Junior.
İsveçrə: Yann Zommer, Silvan Vidmer, Niko Elvedi, Manuel Akanci, Rikardo Rodriges, Qranit Caka (k), Remo Froyler, Fabian Rider, Cibril So, Bril Embolo, Ruben Varqas.
Xal: Braziliya – 6. İsveçrə – 3. Kamerun – 1. Serbiya – 1.
H qrupu
Cənubi Koreya- Qana 2:3
Qol: Sun Kyu Ço, 58; 61 – Məhəmməd Salisu, 24. Məhəmməd Kudus, 34; 68.
Baş hakim: Entoni Teylor (İngiltərə).
“Edukeyşn Siti” stadionu.
Cənubi Koreya: Kim Sunqyu, Kim Jin Su, Kim Yunq Qvon, Kim Min Ji, Kim Mun Hvan, Hvan İn Beom, Yunq Vu Yunq, Hun Çan Kvon, Yun Vu Yonq, Hın Min Son (k), Sun Kyu Ço.
Qana: Laurens Aitiziqi, Cideon Mensah, Məhəmməd Salisu, Daniel Amarte, Tariq Lampte, Salis Abdulsamed, Məhəmməd Kudus, Tomas Parte, Cordan Ayyu, İnaki Uillyams, Andre Ayyu (k).
Portuqaliya – Uruqvay 2:0
Qol: Bruno Fernandes, 54; 90+3-pen.
Baş hakim: Əlireza Fəqani (İran).
“Lusail İkonik” stadionu.
Portuqaliya: Dioqo Kosta, Pepe, Nuno Mendeş, Joao Kanselo, Ruben Dias, Ruben Neves, Vilyam Karvalyo, Bruno Fernandes, Bernardo Silva, Joao Feliks, Kristiano Ronaldo (k).
Uruqvay: Serxio Roçet, Rodriqo Bentankur, Xose Mariya Ximenes, Dieqo Qodin (k), Matias Oliveyra, Sebastyan Koates, Darvin Nunyes, Edinson Kavani, Federiko Valverde, Matias Vesino.
Xal: Portuqaliya – 6. Qana – 3. Uruqvay – 1. Cənubi Koreya – 1.