DÇ-2022: Ukrayna mundiala bir az da yaxınlaşdı
Bu gün Şotlandiya və Ukrayna milli komandaları arasında DÇ-2022-nin pley-off mərhələsinin təxirə salınmış yarımfinal oyunu keçiriləcək.
Msport.az xəbər verir ki, Qlazqo şəhərindəki “Hempden Park” stadionunda keçiriləcək oyunu niderlandlı FİFA referisi Denni Makkelli idarə edəcək.
Cütün qalibi finalda Uelslə qarşılaşacaq. İyunun 5-də Kardiffdə baş tutacaq matç DÇ-2022-yə sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcək.
Qeyd edək ki, UEFA Ukraynadakı müharibə səbəbindən yarımfinal və final görüşlərinin vaxtını dəyişmişdi.
DÇ-2022-nin final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.
DÇ-2022
Pley-off mərhələsi, yarımfinal
1 iyun
22:45. Şotlandiya – Ukrayna 1:3
Qollar: Makqreqor, 79 – Yarmolenko, 33, Yaremçuk, 49, Dovbik, 90+5
Baş hakim: Denni Makkelli (Niderland).
Qlazqo, “Hempden Park” stadionu.