DÇ-2026: Argentinadan qələbə, Braziliyadan heç-heçə
Argentina və Braziliya milli komandaları DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlarını keçiriblər.
Msport.az xəbər verir ki, son dünya çempionu evdə Paraqvay seçməsini 1:0 hesabı ilə üstələyib.
“Sambaçılar” isə doğma meydanda Venesuela ilə heç-heçə edib – 1:1.
Üç turdan sonra Argentina 9 xalla Cənubi Amerika zonasında liderdir. Braziliya isə 7 xalla ikinci pillədə qərarlaşıb.