De Bruyne rekorda şərik oldu
İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Kevin De Bruyne Çempionlar Liqasında “Real”la görüşlərdəki məhsuldarlığına görə rekorda şərik olub.
Msport.az xəbər verir ki, bu, 1/4 final mərhələsinin cavab matçında gerçəkləşib.
Görüşün 76-cı dəqiqəsində fərqlənən belçikalı yarımmüdafiəçi “Real” önündə bu turnirdə ümumilikdə 8-ci qola töhfə verib. 32 yaşlı pleymeyker “kral klubu” ilə matçlarda 4 qol, 4 assistlə yadda qalıb. Bununla o, “Bavariya”nın sabiq hücumçusu Covanni Elberə məxsus rekordu təkrarlayıb.
Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan görüşün penaltilər seriyasında məğlub olan “Mançester Siti” mübarizəni dayandırıb. İlk matçda isə 3:3 hesabı qeydə alınmışdı.