De Byazi AFFA İcraiyyə Komitəsinə hesabat verəcək
Aprelin ortalarında AFFA İcraiyyə Komitəsinin növbəti toplantısı keçiriləcək. Msport.az xəbər verir ki, iclasda milli komandamızın Avro-2024-ün seçmə mərhələsinin ilk oyunlardakı nəticələri müzakirə olunacaq. Bu barədə ATV-yə açıqlamasında AFFA-nın baş katibi Sərxan Hacıyev məlumat verib:
“Aprelin ortalarında İcraiyyə Komitəsinin iclası olacaq. Müzakirə olunacaq məsələlərdən biri də məhz yığmanın nəticələridir. Orada baş məşqçinin də hesabatı dinlənəcək”.
Qeyd edək ki, federasiya rəsmisi yığmanın baş məşqçisi Canni de Byazinin istefaya göndərilməsinin gündəmdə olmadığını bildirib.
AYXAN