De Byazi haradadır?
Millimizin baş məşqçisi Canni De Byazi hələ də Azərbaycana gəlməyib.
Msport.az saytının məlumatına görə, Premyer Liqada 2023/2024 mövsümü start götürsə də, italiyalı mütəxəssis Bakıya qayıtmağa tələsmir.
Onun avqsutun 12-də ölkəmizə təşrif buyuracağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 9-da AVRO-2024-ün seçmə mərhələsində Belçikanı, 3 gün sonra isə yoldaşlıq oyununda İordaniyanı qəbul edəcək.