Del Pyeroya görə Skudettonun favoriti
İtaliya millisinin və “Yuventus”un əfsanəvi hücumçusu Alessandro Del Pyero cari mövsümdə çempionluq uğrunda mübarizədə favorit kim olduğu barədə sualı cavablandırıb.
Msport.az xəbər verir ki, tanınmış insayder Nikolo Skira əfsanəvi veteran futbolçunun dediklərini belə təqdim edib:
“Milan”ın çempionluğa yiyələnməsi realdır. Onların kubokda olmaması üstünlükdür. “Milan” əsas namizəddir, amma tək onlar deyil. “İnter” də favoritlər arasındadır. Digər komandalar da liderlik yarışına qoşula bilərlər. Amma əsas mübarizə Milan təmsilçiləri arasında gedəcək”.
Hazırda İtaliya çempionatının turnir cədvəlinə 55 xalla “İnter” başçılıq edir, ikinci yerdəki “Milan” isə ondan 5 xal geri qalır.







