Dibala A seriyasının tarixinə düşdü
“Roma”nın futbolçusu Paulo Dibala A seriyasının tarixinə düşüb.
Msport.az xəbər verir ki, o, buna XXI turda “Torino” ilə görüşdə qol vurmaq və qol ötürməsi etməklə bacarıb.
Nəticədə Dibala seriyasının 2006/2007 mövsümündən bəri ən məhsuldar əcnəbi oyunçusu olub. 32 yaşlı hücumçu son 20 ildə 200 məhsuldar hərəkət həddinə çatıb -131 qol və 69 məhsuldar ötürmə.
Qeyd edək ki, Dibala 2022-ci ilin yayında “Roma”ya qoşulub. O, daha əvvəl “Yuventus”da da oynayıb.







