featured-image-24238

Azərbaycan millisinin futbolçusu Mahir Emreli mövsümün sonunda Xorvatiyanın “Dinamo” (Zaqreb) klubundan ayrılacaq.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, komandanın baş məşqçisi Ante Çaçiç 26 yaşlı hücumçuya ehtiyac duymur. O, yayda təcrübəli forvardın əvəzinə daha yaxşı oyunçular alınmasını istəyir.

Qeyd edək ki, Mahir Emreli qış fasiləsindən sonra Türkiyə “Konyaspor”una icarəyə verilib. Superliqa təmsilçisi yayda onu birdəfəlik transfer etmək hüququna malikdir.

CAHİD

Bənzər xəbərlər