featured-image-5782

Milli komandamızın üzvü Dmitri Nazarov Almaniyanın “Erzgebirge Aue” klubu ilə müqaviləsinin müddətini uzadıb. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu daha bir il komandada çıxış edəcək.

Aue təmsilçisi ötən mövsümün yekunlarına əsasən II Bundesliqanı tərk etməli oldu. Komanda yeni mövsümdən Aımaniyanın səviyyəcə üçüncü liqasında mübarizə aparacaq. Klubun prezidenti Xelqe Leonxardt müqavilənin artırılması ilə bağlı fikirlərini bildirib:

“Dmitri ilə müqavilənin uzadılması komandamızın yeni mövsümlə bağlı əsas planlarından biri idi. Nazarov yüksək futbol keyfiyyətlərinə malikdir. Onun kluba həqiqi sədaqət göstərən ürəyi və beyni var. Ona güvənməyə davam etdiyimiz üçün çox şadam”.

Nazarovun Azərbaycana gəlmək variantları olsa da, təcrübəli futbolçu Almaniyada qalmağa üstünlük verib.

Bənzər xəbərlər