featured-image-29593

Uzun müddətdir Azərbaycan millisinə dəvət almayan Dmitri Nazarov Almaniyanın “Ertsgebirge Aue” klubundan ayrılır. Msport.az xəbər verir ki, 33 yaşlı futbolçu iyunun 30-da başa çatacaq müqaviləsini uzatmayacaq. O, özü bu haqda məlumat verib.

Nazarov 2016-cı ildən “Ertsgebirge”də çıxış edir. Yarımmüdafiəçi bu müddət ərzində 217 oyuna çıxıb və 48 qolla yadda qalıb.

Xatırladaq ki, Nazarov son dəfə yığmamızın heyətində ötən il iyunun 3-də Millətlər Liqası çərçivəsində Qazaxıstanla səfərdə keçirilən matçda (0:2)  meydana çıxıb.

Bənzər xəbərlər