Dünya çempionatına yollanan heyət
Azərbaycan paraatletləri Yaponiyanın Kobe şəhərində təşkil ediləcək dünya çempionatında mübarizə aparacaqlar.
Msport.az xəbər verir ki, mayın 17-25-i aralığında baş tutacaq yarışda ölkəni Orxan Aslanov, Səid Nəcəfzadə (hər ikisi uzunluğa tullanma), Samir Nəbiyev, Rüfət Rəfiyev (hər ikisi nüvə itələmə) və Lamiyə Vəliyeva (qaçış) təmsil edəcəklər.
Qeyd edək ki, milli komandamız yarışa baş məşqçi Oleq Panyutinin rəhbərliyi ilə yollanıb.