featured-image-24803

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni reytinq cədvəlini təqdim edib. Msport.az xəbər verir ki, 307 komandanın olduğu siyahıya Azərbaycandan yalnız “Qarabağ” düşüb.

104 xala malik Ağdam klubu ötən ayla müqayisədə 7 pillə irəliləyib və 62-ci yerə yüksəlib. Qurban Qurbanovun komandasının “Telyeres” (Argentina) ilə xalları bərabərdir.

Maraqlıdır ki, “Qarabağ” postsovetDünya r məkanı nümayəndələri arasında 1-ci yeri tutur.

Siyahıya 313 xala malik Braziliya təmsilçisi “Flamenqo” başçılıq edir. “Real Madrid” (308) 2-ci, “Palmeyras” (Braziliya – 263) 3-cü yeri tutur.

AYXAN 

Bənzər xəbərlər