Dünya reytinqi: "Qarabağ" və "Neftçi" gerilədi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Msport.az IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, 300 komandanın olduğu cədvəldə Azərbaycan təmsilçilərindən “Qarabağ” və “Neftçi” yer alıb.
Ağdam klubu ötən ayla müqayisədə 3 pillə geriləyib. Ölkə çempionu 138,5 xalla 74-cüdür.
67 xala malik “Neftçi” 4 sıra itirərək 291-ci yerə düşüb.
Reytinqdə lider dəyişməyib. “Real Madrid” 315 xalla birincidir. UEFA Çempionlar Liqasının qalibi olan “Mançester Siti” 311 xalla ikincidir. İlk “3-lüy”ü 296 xalla Braziliya təmsilçisi “Flamenqo” qapayır.







