Dünyanın ən yaxşı 10 dayaq yarımmüdafiəçisi – SİYAHI
“FourFourTwo” nəşri hazırda karyerasını davam etdirən dünyanın ən yaxşı 10 dayaq yarımmüdafiəçisini açıqlayıb.
Msport.az xəbər verir ki, siyahıya İspaniya millisinin və İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Rodri başçılıq edir.
İngiltərə millisinin və “Arsenal”ın üzvü Deklan Rays ikinci, “Nyukasl”ın braziliyalı oyunçusu Bruno Gimarayns üçüncü olub.
Almaniyanın “Bavariya” komandasından Jozua Kimmix, İspaniyanın “Real” klubundan fransalı Eduardo Kamavinqa, İngiltərənin “Çelsi” kollektivindən ekvadorlu Moyses Kaysedo, “Real”dan fransalı Orelien Tçuameni və Fransanın çempionu PSJ-dən uruqvaylı Manuel Uqarte “10-luq”da qərarlaşıblar.