featured-image-30558
Elçin Məsiyev 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçirilən Avropa çempionatının əsas mərhələsində daha bir oyuna təyinat alıb.
Msport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, FİFA referisi 1/4 final mərhələsinin Polşa – Serbiya matçını idarə edəcək.
Məsiyevə Elşad Abdullayev və slovakiyalı yan xətt hakimi Peter Bednar kömək göstərəcək. Görüş mayın 27-də olacaq.
Qeyd edək ki, U-17 Avropa çempionatı Macarıstanda təşkil olunur. Elçin Məsiyev daha əvvəl Şotlandiya – Fransa qarşılaşmasını da idarə edib.

Bənzər xəbərlər