featured-image-25852

Elçin Məsiyevə növbəti beynəlxalq təyinat gəlib. Msport.az xəbər verir ki, FİFA referisi 19 yaşadək futbolçulardan ibarət milli komandaların Avropa çempionatının elit-raundunda keçiriləcək Latviya – İsrail görüşünü idarə edəcək.

Ona yan xətt hakimləri Pərvin Talıbov və Mixal Şobçak (Polşa) kömək edəcək. Dördüncü hakim funksiyasını Patrik Qriçkiviş (Polşa) yerinə yetirəcək.

Martın 28-də keçiriləcək oyuna 16:00-da start veriləcək.

Bənzər xəbərlər