Eldəniz Yusubov “Araz-Naxçıvan”ın icraçı direktor təyin olundu
Azərbaycan Premyer Liqasında iştirak edəcək “Araz-Naxçıvan”da klubdaxili iclas keçirilib.
Msport.az xəbər verir ki, rəhbərliyinin qərarı ilə Eldəniz Yusubov “Araz-Naxçıvan” PFK-nın icraçı direktoru təyin olunub.
Müxətlif illərdə AZAL, “Neftçi”, “Şamaxı” klublarında, eləcə də Azərbaycan Futzal Federasiyasında çalışan futbol funksioneri kollektivə təqdim olunub.







