featured-image-15455

“Nant” klubunun baş məşqçisi “Qarabağ”la oyundan danışıb.

Msport.az Fransa mətbuatına istinadən xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda qalib gəlmək istədiklərini bildirib:

“Hazırda bizim əsas məqsədimiz Liqa-1-də yerimizi qoruyub saxlamaqdır. Təbii ki, biz avrokuboklara vəsiqə uğrunda da mübarizə aparırıq. Hər oyunda qalib gəlmək istəyirik. Qarşıda bizi “Qarabağ”la evdə oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, bu görüşdə qələbə qazanaq”.

Xatırladaq ki, “Nant” – “Qarabağ” matçı oktyabrın 29-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bənzər xəbərlər