featured-image-24567

Azərbaycanın FIFA referisi Əliyar Ağayev Avropa Konfrans Liqasında növbəti dəfə təyinat alıb.

Msport.az xəbər verir ki, təcrübəli hakim Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində martın 9-da Moldovada keçiriləcək “Şerif” (Moldova) – “Nitsa” (Fransa) qarşılaşmasını idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Bənzər xəbərlər