featured-image-27587

Əliyar Ağayev Yunanıstan Kubokunun yarımfinal mərhələsinin təxirə salınmış cavab oyununa yenidən dəvət alıb.

Msport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, FİFA referisinin rəhbərlik etdiyi briqada “Olimpiakos” və AEK komandaları arasındakı matçı idarə edəcək.

36 yaşlı hakimə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Elçin Məsiyev isə VAR-da iş başında olacaq.

Qeyd edək ki, qarşılaşma martın 1-də keçirilməli idi. Görüş Larisa şəhəri yaxınlığında baş vermiş qatar qəzası səbəbindən təxirə salınmışdı. Əliyar Ağayev həmin vaxt oyuna təyinat almışdı.

Bənzər xəbərlər