featured-image-24800

Azərbaycanın FİFA referisi Əliyar Ağayev avrokuboklarda növbəti oyun idarə edib.

Msport.az xəbər verir ki, o, Konfrans Liqasının 1/8 final mərhələsi çərçivəsində “Şerif” (Moldova) və “Nitsa” (Fransa) komandaları arasında baş tutan ilk oyunun baş hakimi olub.

Qarşılaşma qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Ağayev hər iki komandadan 3 futbolçuya sarı vərəqə göstərib. Ona yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib.

Bənzər xəbərlər