featured-image-32081

Əliyar Ağayev 21 yaşadək komandalar arasında Avropa çempionatında növbəti təyinat alıb.

Msport.az xəbər verir ki, həmyerlimiz C qrupunun ikinci turundakı Çexiya – Almaniya görüşündə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Matçın baş hakimi norveçli Espen Eskas olacaq. Ona həmyerliləri Yan Erik Enqan və İsak Elias Başevkin kömək edəcək.

Qeyd edək ki, iyulun 25-də Gürcüstandakı “Batumi Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.  Əliyar Ağayev daha əvvəl A qrupundakı Belçika – Niderland (0:0) matçını idarə edib.

Bənzər xəbərlər