featured-image-27780

Azərbaycanın FIFA referisi Əliyar Ağayevin Yunanıstan Kubokunun 1/4 yarımfinal mərhələsində idarə etdiyi “Olimpiakos” – AEK oyununda faciə baş verib.

Msport.az-ın məlumatına görə, təxirə salınmış cavab matçının gedişində Pirey təmsilçisinin sadiq azarkeşlərindən Konstantinos Georgiopulos vəfat edib.

Qəflətən halı pisləşən 70 yaşlı fanata tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Tərəfdarın infarkt keçirdiyi bildirilib.

Qeyd edək ki, Ağayev “Olimpiakos”un 2:1 hesablı qələbəsi ilə başa çatan matçda ümumilikdə 11 sarı vərəqə göstərib.

Bənzər xəbərlər