Elvin Yunuszadə üçün yeni baş məşqçi
Azərbaycanlı futbolçu Elvin Yunuszadənin çıxış etdiyi “Boluspor” klubuna yeni baş məşqçi təyin olunub.
Msport.az xəbər verir ki, Türkiyə I Liqa klubu Mustafa Yatabare ilə anlaşıb.
40 yaşlı mütəxəssis son olaraq “Gənclərbirliyi” klubunda köməkçi-məşqçi işləyib.
Mali millisinin sabiq üzvü futbolçu karyerası dövründə Türkiyədə “Trabzonspor”, “Karabükspor”, “Konyaspor”, “Sivasspor”, “Gənclərburliyi” kimi komandaların formasını geyinib.
Qeyd edək ki, “Boluspor” 1 xalla turnir cədvəlində sonuncu yeri tutur.







