featured-image-16001

Milli komandamızın və “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov Rusiya mətbuatına müsahibəsində Azərbaycan klublarındakı maaşlardan danışıb.

Msport.az “sports.ru”ya istinadən xəbər verir ki, 29 yaşlı futbolçu çempionatımızda əməh haqqlarının heç də az olmadığını deyib:

“Azərbaycan futbolunda maaşlar Gürcüstandan çoxdur. “Qarabağ”, “Neftçi” və “Sabah”da əmək haqqları daha yüksəkdir – RPL-in ikinci “səkkizliyi”ndə olan kimi. Digər klublarda daha azdır – təxminən FNL səviyyəsində. Liderlərdən “Qarabağ”da daha çox alırlar, çünki komanda hər il avrokubokların qrup mərhələsində oynayır”.

Mahmudov “Neftçi”də karyerasının ən yüksək maaşını almadığını deyib: “Yox, əksinə ən az aldıqlarımdan biridir. Rusiyada hətta “Saturn”un birinci komandasında dollarla indikindən çox qazanırdım. Əvəzedici heyətdən ora gələndə maaşım 3 min dollar idi. Sonra çox artım oldu. Mən klubun yetirməsi olub, daim əsas heyətdə oynadığım üçün. Həm də başqa klublar məni almaq istıyirdilər”.

 

Bənzər xəbərlər